Arnold Şvartseneger yanğına görə evindən təxliyyə olunub

Arnold Şvartseneger yanğına görə evindən təxliyyə olunub Los-Anceles ətrafında tüğyan edən təbiət yanğınları ucbatından şəhərin bəzi bölgələrində insanlar kütləvi şəkildə təxliyyə olunur.
Digər ölkələr
29 Oktyabr , 2019 14:27
Arnold Şvartseneger yanğına görə evindən təxliyyə olunub
РИА "Новости"

Los-Anceles ətrafında tüğyan edən təbiət yanğınları ucbatından şəhərin bəzi bölgələrində insanlar kütləvi şəkildə təxliyyə olunur.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, təxliyyə olunanlar arasında məşhur aktyorlar Arnold Şvartseneger və Rayan Filip, NBA ulduzu LeBron Ceyms kimi məşhurlarda var.

Həmçinin yanğınların təhdid etdiyi dünyanın ən iri incəsənət muzeylərindən “Getty Center”in rəhbərliyi odadavamlı materiallardan hasar tikdirməyi düşünür.

Qeyd edək ki, ötən həftədən etibarən bütün Kaliforniyanı ağuşuna alan meşə və təbiət yanğınları üzündən qubernator Qavin Nyusom fövqəladə vəziyyət tətbiq etdiklərini açıqlamışdı. Ştatın 58 dairəsinin (qəzasının) 43-də qırmızı təhlükə elan edilib.

Bu mövsüm üçün adi hal olan təbiət yanğınlarının bu il güclü külək üzündən daha tez yayıldığı və daha çox təhlükə yaratdığı bildirilir.

Son xəbərlər

Orphus sistemi