Arkanzasda naməlum şəxs polisə atəş açıb, ölənlər var
Digər ölkələr
- 28 avqust, 2019
- 02:27
Çərşənbə axşamı ABŞ-ın Arkanzas ştatının Uest-Helena şəhəri yaxınlığında yerləşən bir evdə kişi barrikada quraraq polisə silahlı müqavimət göstərir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis şefi Ceyms Smitə istinadən "Fox News" telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, sözügedən evin qarşısında iki meyit var. Naməlum şəxs polislər evə yaxın getmək istəyən zaman onlara atəş açıb.
Lakin polis şefi evin qarşısında uzanan iki nəfərin öldüyünü birmənalı olaraq təsdiq etmir.
Asayiş keşikçiləri hesab edirlər ki, evin içində girov olduğu güman edilən daha bir nəfər var. Silahlı kişinin şəxsiyyəti hələ müəyyən edilməyib. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri cəlb olunub.
Son xəbərlər
08:03
Braziliyada daşqınlar nəticəsində dörd nəfər ölüb
Digər ölkələr07:55
Berlin Vaşinqtonu əvəzsiz hesab edir
Digər07:10
İranın son təklifi mətbuata sızıb
Region06:48
"Reuters": ABŞ Qəzzadakı koordinasiya mərkəzini bağlamaq niyyətindədir
Digər ölkələr05:49
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
Digər ölkələr05:35
Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub
Region05:18
Dubayda yaşayış üçün minimum investisiya həddi ləğv edilib
Digər ölkələr04:53
ABŞ Avropa müttəfiqlərini silah tədarükündə mümkün gecikmələrlə bağlı xəbərdar edib
Digər ölkələr04:21