Bakı. 17 noyabr. REPORT.AZ/ Argentina Hərbi Dəniz Donanmasına məxsus sualtı qayıq 44 nəfərlik ekipaj üzvü ilə itkin düşüb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Argentina Hərbi Dəniz Donanması “San-Xuan” adlı sualtı qayığın axtarışına başladığını bildirib.
“San-Xuan”la rabitə Uşuayidən Mar-del-Platuya keçərkən kəsilib.