Argentinanın eks-prezidentinə qarşı cinayət işi açıla bilər

Argentinanın eks-prezidentinə qarşı cinayət işi açıla bilər Bakı. 3 oktyabr. REPORT.AZ/ Argentinanın eks-prezidenti Kristina Fernandes de Kirşner və övladları Maksimo və Florensiyaya qarşı cinayət işi açıla bilər.
Digər ölkələr
3 Oktyabr , 2018 18:33
Argentinanın eks-prezidentinə qarşı cinayət işi açıla bilər

Bakı. 3 oktyabr. REPORT.AZ/ Argentinanın eks-prezidenti Kristina Fernandes de Kirşner və övladları Maksimo və Florensiyaya qarşı cinayət işi açıla bilər. 

“Report” TASS-a istinadən xəbər verir ki, onlar çirkli pulların yuyulmasında ittiham olunurlar. 

Artıq dövlət büdcəsindən talanmış vəsaitlərin yuyulmasına görə Kirşner ailəsinə yaxın olan Lasaro Baes barəsində həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, Kristina Fernandes de Kirşner 2007-2015-ci illərdə Argentinanın prezidenti olub, hazırda senatordur. 

Son xəbərlər

Orphus sistemi