Argentinada prezident və parlament seçkiləri keçiriləcək

Argentinada prezident və parlament seçkiləri keçiriləcək Bu gün Argentinada prezident və parlament seçkiləri keçiriləcək.
Digər ölkələr
27 Oktyabr , 2019 01:33
Argentinada prezident və parlament seçkiləri keçiriləcək

Bu gün Argentinada prezident və parlament seçkiləri keçiriləcək.

"Report" TASS-a istinadən xəbər verir ki, ölkə seçiciləri 130 deputatı və Konqresin 24 senatorunu seçəcəklər.

Seçki məntəqələri yerli vaxtla saat 8:00-da açılacaq və saat 18:00-dək davam edəcək. Qanunvericiliyə uyğun olaraq ölkənin yaşı 16-dan çox olan bütün seçiciləri seçkilərdə iştirak etməlidir.

Səsvermələrin ilkin nəticələri axşam saatlarında açıqlanacaq.

Ölkənin ən yüksək vəzifəsinə 6 namizəd iddialıdır. Lakin buna baxmayaraq seçkidə əsas mübarizə hazırkı dövlət başçısı Maurisio Makri və müxalifətdən olan keçmiş dövlət başçısı Alberto Fernandes arasında gedəcək. 

Son xəbərlər

Orphus sistemi