Argentinada məktəbliləri daşıyan avtobus aşıb, iki nəfər ölüb - VİDEO

Digər ölkələr
  • 28 noyabr, 2019
  • 13:53
Argentinada məktəbliləri daşıyan avtobus aşıb, iki nəfər ölüb - VİDEO

Argentinada məktəbliləri ekskursiyaya aparan avtobus aşıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, insident nəticəsində azı 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Argentinanın şimal-şərqində yerləşən San Klemente del Tuyu şəhərindəki okeanariuma gedən avtobusda 11-13 yaş arası 43 şagird və onları müşayiət edən 8 böyük olub.

Aralarında ağır xəsarət alan uşaqların da olduğu yaralılar xəstəxanaya çatdırılıb.

Qəzanın səbəbləri hələ müəyyənləşdirilməyib. Sürücünün qanında alkoqol miqdarı ilə bağlı test mənfi nəticə verib.