Argentinada məhbuslar qiyam qaldırdı

Argentinada məhbuslar qiyam qaldırdı Argentina paytaxtının həbsxanalarından birinin məhbusları onları koronavirusun yayılmasına görə azad etməyi tələb edərək qiyam qaldırıblar.
Digər ölkələr
25 Aprel , 2020 00:53
Argentinada məhbuslar qiyam qaldırdı

Argentina paytaxtının həbsxanalarından birinin məhbusları onları koronavirusun yayılmasına görə azad etməyi tələb edərək qiyam qaldırıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Clarin” qəzeti bildirib.

Məlumata görə, toqquşmalar nəticəsində həbsxana müəssisəsinin 11 əməkdaşı xəsarət alıb.

“Todo Noticias” telekanalının efirində göstərilmiş kadrlarda məhbusların binanın damına çıxmaları, damın bir hissəsini sökmələri və döşəkləri yandırmaları görünür. Birbaşa yayımın gedişatında həmçinin atəş və partlayış səsləri də eşidilib.

Qiyamın iştirakçıları onları həbsdən azad etməyi və ya cəzalarını ev şəraitində çəkmələrinə icazə verilməsini tələb edirlər. Məhbuslar hesab edirlər ki, həbsxanada koronavirusun yayılmasının qarşısının alınması üçün şərait yaradılmayıb. Hazırda hakimiyyət orqanları məhbuslarla danışıqlar aparır.

Argentina hakimiyyəti ilk dəfə martın 3-də ölkədə koronavirusa yoluxmanı təsdiq edib. Bu gün respublikada xəstəliyə 3,4 mindən çox yoluxma aşkarlanıb, 167 nəfər ölüb. Martın 20-dən ölkədə icbari sosial təcridetmə rejimi qüvvədədir.

Son xəbərlər

Orphus sistemi