Argentinada daşqınlar səbəbindən 7 mindən çox insan təxliyə edilib
Digər ölkələr
- 18 may, 2025
- 08:52
Argentinanın paytaxtı Buenos-Ayresin şəhərətrafı qəsəbələrində güclü yağışların yaratdığı daşqınlar səbəbindən 7 mindən çox insan təxliyə edilib.
"Report" xəbər verir ki, bu barədə "La Nación" qəzeti regional hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, üç nəfər itkin düşənlər siyahısındadır. Təxliyə edilənlərdən bəziləri fəlakət bölgəsini özbaşına tərk edib.
Mayın 17-dən Buenos-Ayres və onun ətraf ərazilərində güclü yağışlar davam edir. Bu müddət ərzində 400 mm-dən çox yağıntı düşüb. Əyalət hökuməti xəbərdarlıq edib ki, gözlənilən qasırğalı küləklər, yağış və ildırım çaxması səbəbindən təsirlənmiş ərazilərdə qırmızı təhlükə davam edir.
Son xəbərlər
04:11
DÇ-2026: Fransa - İraq oyununda ikinci qol vurulub - YENİLƏNİR-5
Futbol04:01
DÇ-2026: Norveç - Seneqal oyunu başlayıb
Futbol03:48
İran və ABŞ Hörmüz boğazı məsələləri ilə bağlı əlaqə xətti yaradıblar
Digər ölkələr03:17
İran ABŞ ilə danışıqlara paralel olaraq hərbi gücünü artırır
Region02:56
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
Digər ölkələr02:21
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
Region02:06
"Al-Hadath": Fransa İran əleyhinə sanksiyaların ləğvinə qarşıdır
Digər ölkələr01:46
Tramp: İranın nüvə silahını inkişaf etdirməsinin qarşısını almaq dünya böhranından daha vacibdir
Digər ölkələr01:28