Aralıq dənizində baş vermiş gəmi qəzasında 80 miqrant həlak olub

Aralıq dənizində baş vermiş gəmi qəzasında 80 miqrant həlak olub Xilas edilənlər Siciliya adasındakı Raquza yaxınlığındakı Poççalo portuna çatdırılıblar
Digər ölkələr
8 May , 2017 00:53
Aralıq dənizində baş vermiş gəmi qəzasında 80 miqrant həlak olub
Foto: Nc4.info

Bakı. 8 may. REPORT.AZ/ Aralıq dənizində baş vermiş gəmi qəzasında azı 80 miqrant həlak olub.

"Report" xəbər verir ki, bu barədə "TASS" agentliyi xilas edilmiş 40 miqranta istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə zamanı gəminin göyərtəsində 120 nəfər olub. Liviya sahillərindən suya çıxan gəmi miqrantlarla açıq dənizə istiqamət alıb. Qəza zamanı miqrantlardan yalnız üçdə birinin həyatını xilas etmək mümkün olub.

Xilas edilənlər Siciliya adasındakı Raquza yaxınlığındakı Poççalo portuna çatdırılıblar. Raquza Prokurorluğu faktla bağlı təhqiqata başlayıb.

Son xəbərlər

Orphus sistemi