“Apple”ın bazar qiyməti 3 trilyon dolları keçib

Digər ölkələr
  • 01 iyul, 2023
  • 00:05
“Apple”ın bazar qiyməti 3 trilyon dolları keçib

“Apple” şirkətinin kapitallaşması tarixdə ikinci dəfə 3 trilyon ABŞ dollarını ötüb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın "Nasdaq" birjasının məlumatında deyilir.

Hərracda yerli vaxtla saat 09:42-dən sonra səhmlərin dəyəri təxminən 1,38% artaraq 192,21 dollardan yuxarı olub, nəticədə şirkətin kapitallaşması 3 trilyon dolları ötüb.

Qeyd edək ki, bu artım ilk dəfə 2022-ci ilin yanvarında qeydə alınıb.