“Apple” İtaliyadakı mağazalarını müvəqqəti bağladı

Digər ölkələr
  • 12 mart, 2020
  • 02:15
“Apple” İtaliyadakı mağazalarını müvəqqəti bağladı

ABŞ-ın “Apple” şirkəti yeni növ koronavirus təhlükəsi səbəbi ilə İtaliyadakı mağazalarını müvəqqəti bağlayıb.

“Report” xəbər verir ki, bu barədə şirkətin “AppleInsider” portalında yayımlanan bəyanatında deyilib.

“Virusla mübarizə səylərini dəstəkləyirik. Xidmət etdiyimiz yerlərdə insanların sağlamlığı və təhlükəsizliyi bizim üçün prioritet olaraq qalır. Bunu nəzərə alaraq, əlavə məlumat verilənədək İtaliyadakı mağazalarımızı bağlayırıq”.

Qeyd olunub ki, buna baxmayaraq onlayn mağaza normal işləməkdə davam edəcəkdir.