Əfqanıstan iqtisadiyyatı çökmək ərəfəsindədir, gündəlik həyat əfqanlar üçün cəhənnəmə çevirilib. Əgər əfqanlara bu fırtınanın öhdəsindən gəlməyə kömək etməsək, region və dünya bunun bədəlini ağır ödəyəcək.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən baş katib Antoniu Quttereş bildirib. O, “Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ölkədə vəziyyətin daha da acınacaqlı olduğunu və əfqan xalqının daha çox dəstəyə ehtiyac yarandığını deyib.
Quttereşin sözlərinə görə, BMT Əfqanıstana dəstək üçün başlatdığı yardım kampaniyasını 4,4 milyard ABŞ dollarından 8 milyarda yüksəldib.
Baş katib Əfqanıstanda əhalinin yarısından çoxunun aclıqla üzləşdiyini və ölkədə son 20 ilin ən sərt quraqlığının yarandığını bildirib. 9 milyon insanın aclıq həddinə çatdırdığını, əhalinin 80 faizindən çoxunun isə içməli su tapmadığını açıqlayan A.Quterreş əfqan xalqına dəstək çağırışını yeniləyib.