Angela Merkel: “Uğursuz hadisələrin məsuliyyətini mən daşıyıram”

Angela Merkel: “Uğursuz hadisələrin məsuliyyətini mən daşıyıram” Bakı. 29 oktyabr. REPORT.AZ/ “Ötən dəfə keçirilən federal seçkilərdən bu yana baş verən bütün uğursuz hadisələrin məsuliyyətini mən daşıyıram”.
Digər ölkələr
115
29 Oktyabr , 2018 16:52
Angela Merkel: “Uğursuz hadisələrin məsuliyyətini mən daşıyıram”

Bakı. 29 oktyabr. REPORT.AZ/ “Ötən dəfə keçirilən federal seçkilərdən bu yana baş verən bütün uğursuz hadisələrin məsuliyyətini mən daşıyıram”.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Almaniyanın Kansleri Angela Merkel Xristian Demokrat İttifaqının rəhbərliyi ilə görüşdə deyib.

O bildirib ki, başçılıq etdiyi hökumət artıq etibarını itirib.

“Bavariya və Hessedə keçirilən seçkilər və hökumətin qurulması ilə bağlı anlaşılmazlıqlardan sonra əvvəlki kimi fəaliyyət göstərməyəcəyik”, - deyə Angela Merkel vurğulayıb.

Qeyd edək ki, o, partiyasının dekabrda keçiriləcək qurultayında sədr postuna namizəd olmayacağını bildirib. Bu həm də onun 2021-ci ildə kansler postuna namizəd olmayacağı deməkdir. Partiya sədrliyinə namizədin parlamentdəki Mühafizəkar fraksiyanın başçısı Fredrix Merzin olacağı ehtimal edilir. 

Son xəbərlər

Orphus sistemi