“Anadolu”nun operatoru Qəzzada güllə yarasından ölüb
Digər ölkələr
- 10 yanvar, 2025
- 18:48
Türkiyənin "Anadolu" xəbər agentliyinin ştatdankənar operatoru Səid Əbu Nabhan Qəzza zolağında aldığı güllə yarasından ölüb.
"Report"un agentliyə istinadən verdiyi məlumata görə, hadisə fələstinli qaçqınlar üçün yaradılmış Əsgər Əl-Cədid düşərgəsinin ərazisində baş verib.
Əbu Nabhan evin yanındakı düşərgədə yaralının xərəkdə aparıldığı yerdə çəkiliş edirmiş.
Agentlik bildirib ki, İsrail hərbçiləri çoxlu jurnalistin olduğu düşərgəni mühasirəyə alıblar.
"Anadolu"nun yaydığı kadrlarda operatorun digər insanlarla birlikdə düşərgənin küçələrindən biri ilə qaçdığı, sonra isə qəfil hərəkətsiz yerə yıxıldığı görünür. Qaçanlardan biri onu ayağa qaldırmağa çalışsa da, sonra xəsarət almaqdan qorxaraq hadisə yerindən uzaqlaşıb.
Son xəbərlər
08:25
Meksika hökuməti ABŞ-nin ittihamlarına cavab verib
Digər ölkələr08:13
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur07:55
İran ordusu ABŞ-nin Bəhreyndəki donanmasını hədəf alıb
Region07:30
CENTCOM: ABŞ-nin İrana endirdiyi yeni zərbələr dalğası başa çatıb - YENİLƏNİB
Digər ölkələr06:53
SEPAH: ABŞ-nin Küveytdəki logistika mərkəzi məhv edilib
Region06:34
AQTA: Yas mərasimindəki qida məhsulları laborator müayinəyə təqdim edilib
Hadisə06:25
Heqset İraqın Baş naziri ilə görüş keçirib
Digər ölkələr05:58
İranın mineral su istehsalı müəssisəsi bombalanıb
Region05:34