Anadolu agentliyinin Qahirədəki ofisində əməliyyat keçirilib
Digər ölkələr
- 15 yanvar, 2020
- 15:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin Anadolu agentliyinin Qahirədəki ofisinə ötən gün axşam polis daxil olaraq 4 işçini özləri ilə aparıb, səhər isə onları sərbəst buraxıb.
“Report” AA-ya istinadən xəbər verir ki, həmin əməkdaşlardan biri Türkiyə, 3-ü Misir vətəndaşıdır.
Ofisdə müşahidə kamerasını və interneti söndürən polis səhərə qədər axtarış aparıb, əməkdaşların pasportlarını, telefonlarını, kompüterlərini müsadirə edərək ətrafla rabitə yaratmalarına yol verməyib. Daha sonra ofisə gələn vəkilə də bunların səbəbini izah etməyən polis onu bayıra çıxardaraq axtarışlara davam edib.
Misirin rəsmi qurumları məsələyə dair hər hansı açıqlama verməyib. Türkiyə Xarici İşlər Nazirliyi Misir polisinin bu əməliyyatını pisləyən açıqlama yayıb.
Son xəbərlər
20:59
Ağdaş rayonunda elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Energetika
20:53
Azərbaycan Premyer Liqasının X turunda "Sumqayıt" "Şəfa" ilə bərabərə qalıb
Futbol
20:42
Polşanın BMT-dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib
Digər ölkələr
20:36
Cənubi Koreyada avtobusun dərəyə aşması nəticəsində 20-dən çox insan yaralanıb
Digər ölkələr
20:32
Foto
Azərbaycan taekvondoçusu Qaşim Maqomedov beynəlxalq turnirdə qızıl medal qazanıb
Fərdi
20:28
İspaniya La Liqasında hakimlər matçlardan sonra qərarlarını şərh edəcəklər
Futbol
20:07
Samir Şərifov: Orta Dəhlizin inkişafı regional inteqrasiyaya töhfə verir
Xarici siyasət
19:59
Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub
Digər ölkələr
19:54
Maksat Mamıtkanov: Bişkeklə Bakı arasında əməkdaşlıq strateji müstəviyə keçib
Xarici siyasət