Amerikalı ekspert: "Ukrayna və Moldova uzunmüddətli perspektivdə Aİ üzvü olmalıdır"

Amerikalı ekspert: "Ukrayna və Moldova uzunmüddətli perspektivdə Aİ üzvü olmalıdır" "Şərq Tərəfdaşlığı" proqramı fəaliyyət göstərir, amma o, daha əvvəlki kimi deyil"
Digər ölkələr
4 Noyabr , 2016 16:58
Amerikalı ekspert: Ukrayna və Moldova uzunmüddətli perspektivdə Aİ üzvü olmalıdır

Vaşinqton. 4 noyabr. REPORT.AZ/ "Avropa üçün əsas çağırış onların eyni anda bir neçə problemlə üzləşməsidir və bunlardan biri də miqrant böhranıdır".

"Report"un Vaşinqtona ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu "Atlantik Şurası" Analitik Mərkəzinin transatlantik əlaqələr proqramının direktoru Frensis Barvell (Frances Burwell) deyib.

"Daha əvvəl mövcudluğunu qəbul etdiyimiz sabitlik artıq yoxdur" - ekspert bildirib.

Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" proqramınən perspektivlərini şərh edən F.Barvell proqramın fəaliyyət göstərdiyini, amma onun daha əvvəlki kimi olmadığını vurğulayıb.

O, Moldova, Ukrayna və Gürcüstanın bu proqramın digər üzvlərindən fərqləndiyini söyləyib: "Hesab edirəm ki, Moldova və Ukrayna uzunmüddətli perspektivdə Aİ üzvü olmalıdır. Gürcüstan isə öz növbəsində, coğrafi yerləşməsinə görə problemlərlə üzləşəcək. Qısamüddətli perspektivdə bu ölkələrlə necə daha sıx münasibətlər qurmaq barədə düşünmək lazımdır".

Son xəbərlər

Orphus sistemi