Amerika gəmisi İran katerlərinə xəbərdarlıq atəşi açıb

Amerika gəmisi İran katerlərinə xəbərdarlıq atəşi açıb Bu qabaqlayıcı tədbir İran katerlərinin gəmiyə yaxınlaşması ilə əlaqədar görülüb
Digər ölkələr
9 Yanvar , 2017 22:28
Amerika gəmisi İran katerlərinə xəbərdarlıq atəşi açıb

Bakı. 9 yanvar. REPORT.AZ/ ABŞ-ın Hərbi Dəniz Qüvvələrlərinin "Mahan" esminesi İranın patrul katerlərinə bir neçə xəbərdarlıq atəşi açıb.

"Report" xəbər verir ki, bu barədə " Associated Press" Amerika Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən məlumat yayıb.

Nümayəndələrin sözlərinə görə, bu qabaqlayıcı tədbir İran katerlərinin Fars körfəziylə Oman körfəzini birləşdirən Hörmüz boğazında gəmiyə yaxınlaşması ilə əlaqədar görülüb.

Məlumatda bildirilir ki, "Mahan" dənizçiləri İran katerləriylə radioəlaqə qurmağa çalışıblar və bir neçə siqnal raketi buraxıblar. Amerika nümayəndələrinin sözlərinə görə, qarşı tərəf buna heç bir reaksiya verməyib. Həmin səbəbdən də esmines rəhbərliyi atəş açmaq barədə qərar qəbul edib.

Anonimlik şərti ilə KİV-lə ünsiyyət saxlamış ABŞ-ın Hərbi Dəniz Qüvvələrlərinin nümayəndəsi bildirib ki, esminesin komandası İran gəmilərinin çox yüksək sürətlə onları izləməsindən narahat olub. Xəbərdarlıq atəşi açılanda katerlər esminesə təxminən 900 yard (təxminən 730 metr) məsafədə yaxınlaşıblar.

Bundan sonra İran katerləri istiqamət kursunu dəyişdirib və "Mahan"la əlaqə saxlayaraq onun koordinatlarını və sürətini soruşub.

Agentlik vurğulayıb ki, Fars körfəzində İran və Amerika hərbçiləri arasında mübahisəli vəziyyətlər tez-tez yaranır. Amma gərginliklər adətən silah tətbiq edilmədən ötüşür.

Son xəbərlər

Orphus sistemi