Yuxarı

Amano: "İranın nüvə proqramına dair hesabat IAEA dövlətlərinə təqdim olunub"

Hesabata əsasən rəsmi Tehran nüvə proqramına dair Kompleks Fəaliyyət Planının icrası üçün ilkin addımlar atıb

Bakı. 17 yanvar. REPORT.AZ/ İranın nüvə proqramının məhdudlaşdırmasına dair hesabat Beynəlxalq Atom Enerjisi Agentliyinə (IAEA) üzv dövlətlərə təqdim olunub.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Yukiya Amano məlumat verib.

"Hesabata əsasən, rəsmi Tehran nüvə proqramına dair Kompleks Fəaliyyət Planının icrası üçün ilkin addımları atıb", - deyə Amano bildirib.

Xatırladaq ki, bu il iyulun 14-də nüvə proqramı üzrə "altılıq"la İran yekun razılıq sənədi imzalayıb. Həmin sənədə əsasən, Tehran nüvə proqramını dinc məqsədlər üçün istifadə edəcək, qarşı tərəf isə bu şərti yerinə yetirdiyi halda beynəlxalq sanksiyaları aradan qaldıracaq.

Hesabat IAEA-nın Direktorlar Şurası və BMT Təhlükəsizlik Şurasına göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi