Alyaskada təyyarə qəzaya uğradı, 5 nəfər öldü

Digər ölkələr
  • 07 fevral, 2020
  • 08:02
Alyaskada təyyarə qəzaya uğradı, 5 nəfər öldü

ABŞ-ın Alyaska ştatındakı Betel şəhəri yaxınlığında kiçik ölçülü təyyarə qəzaya uğrayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə yerli “Yute Air” aviaşirkətinə məxsus təyyarənin Betel şəhərindən Kipnuk rayonuna uçduğu zaman baş verib.

Qəza nəticəsində pilot və göyərtədəki 4 sərnişin ölüb.