Alyaskada iki hidrotəyyarə toqquşub, 5 nəfər ölüb - YENİLƏNİB

Alyaskada iki hidrotəyyarə toqquşub, 5 nəfər ölüb - YENİLƏNİB Amerikanın Alyaska ştatında iki hidrotəyyarənin toqquşması nəticəsində 5 nəfər ölüb.
Digər ölkələr
14 May , 2019 06:16
Alyaskada iki hidrotəyyarə toqquşub, 5 nəfər ölüb - YENİLƏNİB

Amerikanın Alyaska ştatında iki hidrotəyyarənin toqquşması nəticəsində 5 nəfər ölüb.

"Report" "NBC News" telekanalına istinadən xəbər verir ki, təyyarələr təqribən Ketçikan şəhəri üzərində toqquşub.

Bildirilir ki, hazırda 1 nəfər itkin düşüb.

İki təyyarənin göyərtəsində ümumilikdə 14 nəfər olub.


***05:02

ABŞ-ın Alyaska ştatının cənubunda yerləşən Ketçikan şəhəri ərazisində iki hidrotəyyarənin qəzaya uğraması nəticəsində təqribən 6 nəfər itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Sərhəd Mühafizəsinə istinadən "Fox News" məlumat yayıb.

Bildirilir ki, iki hava gəmisində olan sərnişinlərin dəqiq sayı bilinmir. İlkin məlumatlara görə, təyyarələrdən birində 11, digərində isə 5 nəfər olub.

İndiyədək 10 sərnişini xilas etmək mümkün olub, onların hamısı tibbi yardım göstərilməsi üçün yaxınlıqdakı yaşayış məntəqələrinə çatdırılıb.

Təyyarələrin qəzaya uğramasının səbəbləri açıqlanmır, hadisə yerində xilasedicilər işləyir.

Son xəbərlər

Orphus sistemi