Almaniyanın yeni xarici işlər naziri məlum olub

Almaniyanın yeni xarici işlər naziri məlum olub Almaniyanın xarici işlər naziri Annalena Berbok təyin olunub.
Digər ölkələr
141
8 Dekabr , 2021 17:30
Almaniyanın yeni xarici işlər naziri məlum olub

Almaniyanın xarici işlər naziri Annalena Berbok təyin olunub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, dekabrın 8-də Almaniya hökumətinin yeni nazirlərinin adları açıqlanıb.

Bildirilib ki, kansler Olaf Şolts kabinetində 16 nazir fəaliyyət göstərəcək.

Qeyd edək ki, Annalena Şarlotta Alma Berbok 1980-ci il dekabrın 15-də Almaniyanın Hannover şəhərində anadan olub. O, 2013-cü ildən İttifaq90/Yaşıllar Partiyasından bundestaqın deputatıdır. 2018-ci il aprelin 19-dan partiyanın sədri vəzifəsini tutur.

Son xəbərlər

Orphus sistemi