Almaniyanın XİN rəhbəri Avropa Birləşmiş Ştatları ideyasını dəstəkləyib

Almaniyanın XİN rəhbəri Avropa Birləşmiş Ştatları ideyasını dəstəkləyib Bakı. 11 dekabr. REPORT.AZ/ Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel Sosial Demokrat Partiyasının sədri Martin Şultsun 2025-ci ilə qədər Avropa Birləşmiş Ştatlarını yaratmaq ideyasını dəstəkləyib.
Digər ölkələr
11 Dekabr , 2017 04:49
Almaniyanın XİN rəhbəri Avropa Birləşmiş Ştatları ideyasını dəstəkləyib

Bakı. 11 dekabr. REPORT.AZ/ Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel Sosial Demokrat Partiyasının sədri Martin Şultsun 2025-ci ilə qədər Avropa Birləşmiş Ştatlarını yaratmaq ideyasını dəstəkləyib.

"Report" xəbər verir ki, bu barədə "ARD" məlumat yayıb.

"Siyasətçiləri bütün vaxtlar (sonrakı inkişafı görməməkdə- red) tənqid edirlər. Və indi kimdəsə - Martin Şultsda Avropanın sonrakı inkişafının ideyası yaranıb və dərhal hamı ona hücum etdi", - deyə Şultsun partiyadaşı Qabriel bildirib.

Nazirin fikrincə, Avropa bütün dünyada bu qitənin vətəndaşlarının maraqlarının müdafiəçisinə çevrilməlidir. O qeyd edib ki, və bu, hər dövlət özü özü üçün mövcud olduqda mümkün deyil.

"Dünya - Asiya, Latın Amerikası, Afrika dəyişir. Təkcə Avropa azalır. Və əgər biz onların qoşulmasaq, onda uşaqlarımız gələcəyə səs verməkdən məhrum olacaqlar", - deyə Qabriel bildirib.

Daha əvvəl bildirilib ki, almanların əksəriyyəti Avropa Birləşmiş Ştatlarının yaradılması ideyasını rədd edib.

Son xəbərlər

Orphus sistemi