Yuxarı

Almaniyanın Tsirndorf şəhərində partlayış baş verib

Çemodanın içərisinə yerləşdirilmiş partlayıcı qurğu işə salınıb

Bakı. 27 iyul. REPORT.AZ/ Almaniyanın Tsirndorf şəhərində partlayış baş verib.

Bu barədə "Report" "Focus.de"yə istinadən xəbər verir.

Miqrantlarla iş üzrə İdarəyə qoyulmuş çemodanın içərisinə yerləşdirilmiş partlayıcı qurğu işə salınıb.

Ölən və yaralananlar haqqında hələlik məlumat yoxdur. 

Hadisə şahidlərinin sözlərinə görə, onlar güclü partlayış səsi eşidib və yanan çemodanı görüblər. Bir neçə nəfər hadisə yerindən dərhal uzaqlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi