Almaniyanın müdafiə naziri təcili olaraq dronların alınmasına çağırıb
Digər ölkələr
- 07 fevral, 2022
- 00:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyanın müdafiə naziri Kristina Lambrext tez bir zamanda silah daşıya bilən dronların alınmasına çağırıb.
"Report" xəbər verir ki, o, bu barədə "Funke" media qrupuna verdiyi müsahibəsində bildirib.
"Gələcək əməliyyatlarda ən yaxşı müdafiə təmin edilməlidir. Əsgərləri qorumaq üçün silah daşıyan dronlardan istifadə edilə bilər", - Lambrext əlavə edib.
Lambrext deyib ki, Almaniyada hakim koalisiya (Sosial Demokratlar, Yaşıllar və Liberallar) pilotsuz uçan aparatlarından istifadənin mümkünlüyü barədə razılığa gəliblər.
Son illərdə Almaniya Hərbi Hava Qüvvələrinin komandanlığı qaynar nöqtələrdə hərbçiləri qorumaq üçün zərbə vuran dronların istifadəsinə icazə verilməsini tələb edir.
Son xəbərlər
08:41
Portuqaliya millisinin məşqçisi Ronaldunun komandadan gedişini şərh edib
Futbol
08:04
Donald Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
Digər ölkələr
07:35
Paraqvayın sabiq prezidenti Santyaqo Penya ev dustağı edilib
Digər ölkələr
07:08
Mask "Starlink"in ötürmə qabiliyyətinin 100 dəfə artacağını açıqlayıb
Digər ölkələr
06:34
Yaponiya kibertəhlükəsizliyi gücləndirmək üçün 63 milyon dollar ayıracaq
Digər ölkələr
05:58
ABŞ Prezidenti Rusiya-Ukrayna danışıqlarının davam etdirildiyini bildirib
Digər ölkələr
05:13
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
Xarici siyasət
04:49
"Tasnim": İran Ordusu Qeşm adası üzərində Amerikanın PUA-sını vurub
Region
04:35
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
Digər ölkələr