Almaniyanın güc strukturları Berlindəki terror aktını törətmiş şəxs barədə əvvəldən məlumatlı olub

Almaniyanın güc strukturları Berlindəki terror aktını törətmiş şəxs barədə əvvəldən məlumatlı olub Təhlükəsizlik orqanları terrorçuluğa qarşı mərkəzlə onun haqqında informasiya mübadiləsi edib
Digər ölkələr
21 Dekabr , 2016 22:30
Almaniyanın güc strukturları Berlindəki terror aktını törətmiş şəxs barədə əvvəldən məlumatlı olub

Bakı. 21 dekabr. REPORT.AZ/ Berlində hücuma iştirakda şübhələnilən tunislinin Şimal Reyne-Vestfaliyasında musəlman döyüşçülərlə əlaqədə olması alman güc strukturlarına məlum idi.

"Report" "MIG News"a istinadən xəbər bu barədə daxili işlər naziri bildirib.

"Təhlükəsizlik orqanları 2016-cı ilin noyabrında terrorçuluğa qarşı mərkəzlə bu insan haqqında informasiya mübadiləsi edirdi", - deyə Şimal Reyne-Vestfaliyasının daxili işlər naziri mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, şübhəli şəxs Almaniyada sığınacaq verilməsi haqqında ərizə versə də, ərizəsi iyul ayında rədd edilib. Onu Tunisə deportasiya etmək cəhdləri uğursuz olub. Çünki həmin şəxsin şəxsiyyətini təsdiqləyən sənədlər omadığından Tunis hökuməti buna etiraz edib. 

Son xəbərlər

Orphus sistemi