Almaniyanın ən böyük bankı olan “Deutsche Bank” 2022-ci ilədək təxminən 18 min işçini ixtisara salacaq.
“Report” RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə bankın rəsmi internet saytında yerləşdirilən məlumatda qeyd olunub.
Daha əvvəl, Wall Street Journal, “Deutsche Bank”ın dünya miqyasında 15 mindən 20 minə qədər işçinin azaldılması ehtimalını nəzərdən keçirdiyi barədə məlumatı dərc etmişdi.
Yəni bankın hər altıncı əməkdaşı işdən azad ediləcək.