Almaniyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Digər ölkələr
  • 26 sentyabr, 2018
  • 13:27
Almaniyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Bakı. 26 sentyabr. REPORT.AZ/ Almaniyanın Türingiya vilayətində kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, qəza nəticəsində iki nəfər ölüb.

Polisdən bildirilib ki, Alkersleben icması yaxınlığındakı aerodromdan qalxan təyyarə qısa müddət sonra yerə düşüb və alovlanıb.

Həlak olanların şəxsiyyəti hələlik müəyyənləşdirilməyib.