Almaniyada yük maşını qatarla toqquşub

Almaniyada yük maşını qatarla toqquşub Bakı. 23 yanvar. REPORT.AZ/ Almaniyanın Şonqau şəhərində yük maşınının qatarla toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.
Digər ölkələr
23 Yanvar , 2018 19:52
Almaniyada yük maşını qatarla toqquşub

Bakı. 23 yanvar. REPORT.AZ/ Almaniyanın Şonqau şəhərində yük maşınının qatarla toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

"Report" "Bayerischer Rundfunk" televiziya şirkətinə istinadən xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.

Məlumata görə, qəza bu gün səhər saatlarında baş verib. Yük maşınının sürücüsü işıqforun qadağanedici siqnalına məhəl qoymayaraq dəmir yoluna çıxıb. Hadisə nəticəsində o, müxtəlif dərəcəli xəsarətlər alıb.

Vaylxaym şəhərinə gedən qatarda 44 sərnişin olub. Onlardan 5 nəfəri və maşinist yüngül xəsarət alıb. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi