Almaniyada xəstə baxıcısı işləyən Azərbaycan vətəndaşlarının sayı artıb

Almaniyada xəstə baxıcısı işləyən Azərbaycan vətəndaşlarının sayı artıb Xəstə baxıcısı kimi Almaniyaya işləməyə gələn əcnəbilər arasında Avropa İttifaqı (Aİ) üzvü olmayan ölkələrin vətəndaşları üstünlük təşkil edib.
Digər ölkələr
3 Sentyabr , 2020 09:55
Almaniyada xəstə baxıcısı işləyən Azərbaycan vətəndaşlarının sayı artıb

Almaniyada səhiyyə sahəsində işləyən əcnəbilərin sayı artıb.

“Report”un Almaniya Səhiyyə Nazirliyindən əldə etdiyi məlumata görə, təkcə keçən il bu sahədə işləyəcək əcnəbilərdən 15 500 nəfərin peşə təhsilləri ilə bağlı diplomları Almaniya hökuməti tərəfindən tanınıb. Almaniya Federal Statistika İdarəsinin açıqladığı rəqəmə görə, bu? 2018-ci illə müqayisədə 49 % çoxdur. Keçən il xəstə baxıcısı kimi diplomları tanınan əcnəbilərin ümumi sayı 2016-cı ildən bəri üç dəfə artıb.

Xəstə baxıcısı kimi Almaniyaya işləməyə gələn əcnəbilər arasında Avropa İttifaqı (Aİ) üzvü olmayan ölkələrin vətəndaşları üstünlük təşkil edib. Belə ki, təkcə keçən il Almaniyaya AB üzvü olan ölkələrdən 2 600 nəfər xəstə baxıcısı işləmək üçün gəlib. Bundan başqa, Filippindən 2 900, Bosniya-Hersoqovinayadan 2 300, Albaniyadan 
1 300, keçmiş Sovet ölkələrindən olan Azərbaycan, Ermənistan və Gürcüstandan ümumi gələnlərin ümumi sayı 2 030 nəfər olub. Əvvəlki ildə bu sahədə çalışmaq üçün Almaniyaya gələn Azərbaycan vətəndaşlarından 1 542 nəfər rəsmi qeydiyyatdan keçib.

342 Azərbaycan vətəndaşının əksəriyyətinin peşə təhsilləri ilə bağlı diplomları tanındıqdan sonra, onlar Türkiyədəki xəstə baxıcıları və tibb bacıları üçün təşkil olunan xüsusi kurslar verən peşə kolleclərində 6 ay müddətində təhsil alıblar. 

Məlumat üçün bildirək ki, Almaniya hökuməti  2030-cu ilə qədər təxminən 300 minə yaxın əcnəbi xəstə baxıcısına ehtiyacı olduğunu elan edib.

Son xəbərlər

Orphus sistemi