Almaniyada ÜDM istehsalı azalıb

Digər ölkələr
  • 24 noyabr, 2023
  • 19:15
Almaniyada ÜDM istehsalı azalıb

Bu ilin üçüncü rübündə avrozonanın ən böyük iqtisadiyyatı Almaniyanda 0,1 % az ümumi daxili məhsulu (ÜDM) istehsal olunub.

“Report” xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsinin (Destatis) sədri Rut Brend söyləyib.

“İlin birinci yarısında zəif inkişafdan sonra Almaniya iqtisadiyyatı ilin ikinci yarısına cüzi daralma ilə başlayıb”, – bəyanatda deyilib.

İllik ifadədə Almaniyanın ÜDM-i 0,8 % azalıb.

“Destatis”in verilənlərinə görə, sentyabrda Almaniyadan ixrac illik müqayisədə 7,5 % azalaraq 126,5 milyard avro təşkil edib. Avqust ayı ilə müqayisədə bu göstərici 2,4 % azalıb.