Almaniyada təyyarə ticarət mərkəzinə düşüb, ölənlər var

Digər ölkələr
  • 20 iyul, 2019
  • 18:16
Almaniyada təyyarə ticarət mərkəzinə düşüb, ölənlər var

Almaniyada kiçik mühərrikli təyyarə ticarət mərkəzinin binasına düşüb.

Bu barədə "Report" "Bild"ə istinadən xəbər verir.

Bildirilir ki, hadisə ölkənin cənub-qərbində, Baden-Vyurtemberqdə qeydə alınıb. Qəza zamanı 3 nəfər həlak olub. Onlar 56, 57 və 77 yaşlı şəxslərdir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qəza ilə bağlı təhqiqat aparır.