Almaniyada "Rock am Ring" festivalının 2 əməkdaşı terror hazırlığı ilə əlaqədar 2 nəfər saxlanılıb

Almaniyada "Rock am Ring" festivalının 2 əməkdaşı terror hazırlığı ilə əlaqədar 2 nəfər saxlanılıb Həmin şəxsləri əraziyə "nəsə qoyduqları" üçün saxlayıblar
Digər ölkələr
3 İyun , 2017 04:46
Almaniyada Rock am Ring festivalının 2 əməkdaşı terror hazırlığı ilə əlaqədar 2 nəfər saxlanılıb

Bakı. 3 iyun. REPORT.AZ/ Gessen polisi Nyurburqda keçirilən "Rock am Ring" festivalında terror təhlükəsi elan olunmasından sonra 2 nəfəri saxlayıb.

"Report"un məlumatına görə, bu barədə "Welt" xəbər verib.

Nəşrin xəbərinə görə, saxlanılanlar festivalın təşkilatçıları ilə əməkdaşlıq edən subpodratçı şirkətin işçiləridir. Onlardan ən azı biri dini təriqətin üzvüdür. Həmin şəxslər əraziyə "nəsə qoyduqları" üçün saxlanılıblar.

"Bİld" isə öz növbəsində yazıb ki, terror təhlükəsi xəbərdarlığından sonra festivalı 90 min nəfər tərk edib.

Qeyd edək ki, Nürnberq şəhərində "Rock am Ring" festivalının izləyiciləri terror aktı təhlükəsi ilə əlaqədar təxliyə edilib. Bu barədə festivalın təşkilatçıları "facebook" sosial şəbəkəsində məlumat veriblər.

"Terror təhlükəsi ilə əlaqədar polis festivalı dayandırmağı tövsiyə edib. Biz bütün izləyiciləri festivalın keçirildiyi yeri tərk etməyə çağırırıq" – deyə bəyanatda bildirilirdi. 

Son xəbərlər

Orphus sistemi