Almaniyada təlimdə baş verən ağır qəzada hərbçilər yaralanıb

Almaniyada təlimdə baş verən ağır qəzada hərbçilər yaralanıb Almaniyanın Bad Salzunqen şəhərində (Türinqen federal əyaləti - Qeyd) poliqonda təlim zamanı iki “Marder” piyada döyüş maşınının toqquşması nəticəsində 12 Bundesver əsgəri (Almaniya Silahlı Qüvvələri - Qeyd) yaralanıb.
Digər ölkələr
29 Noyabr , 2023 04:44
Almaniyada təlimdə baş verən ağır qəzada hərbçilər yaralanıb

Almaniyanın Bad Salzunqen şəhərində (Türinqen federal əyaləti - Qeyd) poliqonda təlim zamanı iki “Marder” piyada döyüş maşınının toqquşması nəticəsində 12 Bundesver əsgəri (Almaniya Silahlı Qüvvələri - Qeyd) yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Toqquşma ötən bazar ertəsi pis görünmə şəraitində dərədə baş verib.

37-ci motoatıcı briqadanın mətbuat katibi, kapitan Renzo Di Leod faktı təsdiq edib. Onun sözlərinə görə, xəsarət alan 12 hərbçinin 6-sı hələ də xəstəxanada müalicə alır.

Son xəbərlər

Orphus sistemi