Almaniyada daşqınlar nəticəsində ölənlərin sayı 58 nəfərə yüksəlib.
“Report” xəbər verir ki, bu barədə “FOCUS Online” öz hesablamalarına istinad məlumat yayıb.
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ölənlərin ailə üzvlərinə başsağlığı verib.
Almaniyanın qərbindəki Arvayler bölgəsinin səlahiyyətliləri bildirib ki, hal-hazırda təxminən 1,3 min nəfər itkin düşüb .
Qeyd edək ki, iyulun 12-dən fasiləsiz yağan leysan yağışlar Almaniyanın qərb və cənub-qərb bölgələrində daşqınlar yaradıb.