Yuxarı
    Bağlamaq

    ​Almaniyada rok festivalı zamanı tamaşaçıları ildırım vurub

    Ən azı 42 nəfər xəstəxanaya yerləşdirilib

    Bakı. 4 iyun. REPORT.AZ/ Almaniyanın Reynland-Pfalts federal torpağının Mendiq şəhərində açıq havada keçirilən "Rock am Ring" rok festivalı zamanı ən azı 42 nəfər ildırım vurması nəticəsində xəstəxanaya yerləşdirilib.

    "Report" xəbər verir ki, bu barədə tədbir təşkilatçılarına istinadən "Welt" qəzeti məlumat yayıb.

    Nəşrin məlumatına görə, 8 nəfər ciddi xəsarət alıb. Onlardan biri əməliyyat olunub. Hadisə yerinə polis, yanğın xidməti və "təcili yardım" əməkdaşları cəlb olunub.

    Hava şəraitinin pis olması səbəbindən konsert 1 saat yarım dayandırılıb. Qərar təşkilatçılar tərəfindən qəbul olunub.

    İyunun 3-5-də keçirilən festivala gələnlərin sayının təqribən 90 min nəfər olduğu bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi