Almaniyada qatarda balta ilə sərnişinlərə hücum edən şəxsin otağından İŞİD bayrağı tapılıb - YENİLƏNİB

Almaniyada qatarda balta ilə sərnişinlərə hücum edən şəxsin otağından İŞİD bayrağı tapılıb - YENİLƏNİB Hücum nəticəsində üç nəfər ağır yaralanıb
Digər ölkələr
19 İyul , 2016 11:30
Almaniyada qatarda balta ilə sərnişinlərə hücum edən şəxsin otağından İŞİD bayrağı tapılıb - YENİLƏNİB

Bakı. 19 iyul. REPORT.AZ/ Almaniyada qatarda balta ilə sərnişinlərə hücum edən 17 yaşlı əfqan yeniyetmənin yaşadığı otaqdan İŞİD terror qruplaşmasının bayrağı tapılıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Bavariya federal ərazisinin daxili işlər naziri Yoahim Herman məlumat verib.

***10:25

Almaniyada qatarda sərnişinlərə balta ilə hücum edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu hücumdan xəsarət alanlar arasında əcnəbi vətəndaşlar da var.

Hücum zamanı vaqonda beş Honkonq vətəndaşı olub, onlardan ikisi yaralanıb.

Qeyd edək ki, 17 yaşlı əfqan Almaniyada sərnişin qatarının sərnişinlərinə baltayla hücum edib. Hadisə nəticəsində 3 nəfər ağır, 1 nəfər isə yüngül yaralanıb. Təcavüzkar yeniyetmə güllələnib.

Son xəbərlər

Orphus sistemi