Almaniyada qatar bir qrup işçini vurub, azı iki nəfər ölüb

Digər ölkələr
  • 04 may, 2023
  • 11:26
Almaniyada qatar bir qrup işçini vurub, azı iki nəfər ölüb

Almaniyanın qərbindəki Hyürt şəhərində qatarın bir qrup işçini vurması nəticəsində azı iki nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Almaniya polisinə istinadən FOCUS onlayn portalı məlumat yayıb.

Bildirilib ki, hadisə dəmir yolu keçidində baş verib. Bu hissədə qatarların hərəkəti dayandırılıb.

Hadisənin səbəbi hələ müəyyən edilməyib.