Almaniyada polis sinaqoq ətrafında əməliyyat keçirib

Almaniyada polis sinaqoq ətrafında əməliyyat keçirib Almaniyanın qərbindəki Hagen şəhərində polis sinaqoq ətrafında xüsusi əməliyyat keçirib.
Digər ölkələr
16 Sentyabr , 2021 00:46
Almaniyada polis sinaqoq ətrafında əməliyyat keçirib

Almaniyanın qərbindəki Hagen şəhərində polis sinaqoq ətrafında xüsusi əməliyyat keçirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, polis əməliyyatın keçirilməsini sinaqoq ətrafında mümkün təhlükə ilə əlaqələndirib.

Sinaqoq binasının yerləşdiyi küçə bağlanıb. Əməliyyata Dortmund Polis İdarəsi rəhbərlik edib.

Bundan əvvəl Dortmund polisinin mətbuat xidməti tvitterdəki paylaşımda Hagendəki yəhudi icmasına mümkün təhlükə haqqında məlumat verib.

Hazırda hüquq-mühafizə orqanları bütün təhlükəsizlik tədbirlərini təmin edib və şəhərin yəhudi icması ilə daim əlaqə saxlayır.

Son xəbərlər

Orphus sistemi