Almaniyada metro qatarlarının toqquşması nəticəsində onlarla insan xəsarət alıb

Almaniyada metro qatarlarının toqquşması nəticəsində onlarla insan xəsarət alıb Qəza zamanı 35 nəfər yaralanıb
Digər ölkələr
3 aprel 2018 20:39
Almaniyada metro qatarlarının toqquşması nəticəsində onlarla insan xəsarət alıb

Bakı. 4 aprel. REPORT.AZ/ Almaniyada metro qatarları toqquşub.

"Report" xəbər verir ki, bu barədə "Rheinische Post" məlumat yayıb.

Məlumata görə, hadisə Duysburq şəhərində baş verib. Qəza zamanı 35 nəfər xəsarət alıb. 

Yaralılardan ikisi ağır vəziyyətdədir. Onlardan birinə kəllə-beyin travması diaqnozu qoyulub.

Qəzanın səbəbləri dəqiqləşdirilir. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Son xəbərlər

Orphus sistemi