Almaniyada koronavirusdan ölənlərin sayı 4,1 mini keçdi

Digər ölkələr
  • 18 aprel, 2020
  • 05:40
Almaniyada koronavirusdan ölənlərin sayı 4,1 mini keçdi

Almaniyada daha 242 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Bildirilib ki, Almaniyada pandemiya qurbanlarının sayı 4 110-a yüksəlib.

Məlumata görə, ötən sutka ərzində ölkədə 3 609 nəfərə koronavirus diaqnozu qoyulub. Beləliklə, ölkədə qeydə alınmış yoluxmaların sayı 137 439-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 251 000-i ötüb. Bunların 571 383 nəfəri sağalıb, 154 294 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.