Almaniyada koronavirusa yoluxanların sayı 173 152-yə çatıb, 7 824 nəfər ölüb

Digər ölkələr
  • 15 may, 2020
  • 05:28
Almaniyada koronavirusa yoluxanların sayı 173 152-yə çatıb, 7 824 nəfər ölüb

Almaniyada ötən sutkada 913 nəfərə koronavirus diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Bununla da Almaniyada qeydə alınan yoluxma hallarının sayı 173 152-yə yüksəlib.

Bundan başqa, koronavirusdan ölənlərin sayı daha 101 nəfər artaraq 7 824-ə çatıb.

Bildirilib ki, ölkədə indiyədək 151 mindən çox insan bu infeksiyadan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,5 milyonu ötüb. Bunların 1,7 milyon nəfərdən çoxu sağalıb, 303 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.