Almaniyada iqtisadi problemlərə görə hakim koalisiyada fikir ayrılıqları güclənib

Almaniyada iqtisadi problemlərə görə hakim koalisiyada fikir ayrılıqları güclənib Almaniya Kansleri Olaf Şoltsun üzvü olduğu Almaniya Sosial Demokrat Partiyasının (SPD) liderləri Saskia Esken və Lars Klinqbeyl maliyyə naziri Kristian Lindnerin təklif etdiyi iqtisadi bərpa planına qarşı çıxıblar.
Digər ölkələr
3 Noyabr , 2024 15:48
Almaniyada iqtisadi problemlərə görə hakim koalisiyada fikir ayrılıqları güclənib

Almaniya Kansleri Olaf Şoltsun üzvü olduğu Almaniya Sosial Demokrat Partiyasının (SPD) liderləri Saskia Esken və Lars Klinqbeyl maliyyə naziri Kristian Lindnerin təklif etdiyi iqtisadi bərpa planına qarşı çıxıblar.

“Report” xəbər verir ki, bu barədə Bild məlumat yayıb.

Esken bildirib ki, nazirin sadaladığı məqamlar koalisiyada həyata keçirilə bilməz. O, iqtisadi planın hakim partiyanın işinə təsir etməyəcəyinə inanır: “Motivasiya ola bilər, amma uğur olmayacaq”.

Onun həmkarı Lars Klinqbeyl də Lindnerin planını rədd edib: “Hər kəsin dəyişiklik təklif etmək hüququ var, lakin maliyyə nazirinin ideyaları mövcud problemləri həll edə bilməyəcək. Varlılar daha da varlanır, işləyən orta təbəqə daha çox işləyəcək və bunun üçün daha az pul alacaq. Partiya heç bir halda bununla razılaşmayacaq”.

Qeyd edək ki, Almaniyada hakim koalisiya daxilində fikir ayrılıqları güclənir. Ölkə mətbuatı Azad Liberal Partiyasına rəhbərlik edən K. Lindnerin təklif etdiyi tədbirlərin koalisiyadakı digər iki partiya olan Yaşıllar və SPD-nin gündəminə zidd olduğunu yazıb.

Son xəbərlər

Orphus sistemi