Almaniyada G20 sammiti zamanı cinayət törətməyi planlaşdıran şəxs saxlanılıb

Almaniyada G20 sammiti zamanı cinayət törətməyi planlaşdıran şəxs saxlanılıb Bu barədə "Local" alman qəzeti yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər verib
Digər ölkələr
3 İyul , 2017 21:57
Almaniyada G20 sammiti zamanı cinayət törətməyi planlaşdıran şəxs saxlanılıb
Courtesy İmage

Bakı. 3 iyul. REPORT.AZ/ Almaniya Federativ Respublikasının polisi Rostok şəhərinin 30 yaşlı sakinini qarşıdan gələn G20 sammiti zamanı hücum planlaşdırmaqda şübhəli hesab edərək saxlayıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Local" alman qəzeti yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.

Qəzetin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Rostok şəhərinin iki yaşayış evində, həmçinin Hamburqdakı Hoenfeld rayonundakı evdə axtarışlar aparıblar. Nəticədə külli miqdarda silah aşkar edilərək müsadirə olunub.  

Polis zabitləri həmçinin yanar maye qabları, eləcə də kimyəvi maddələrlə doldurulmuş qanuni və qanunsuz pirotexniki vasitələr tapıblar. Qeyd olunur ki, şübhəli şəxslə birlikdə 26 yaşlı kişi də saxlanılıb. Lakin o, sonra sərbəst buraxılıb. 

Rostok şəhərinin 30 yaşlı sakini isə iyulun 10-dək həbsdə saxlanılacaq. Ona qarşı silah və partlayıcı maddələr saxlamaqla bağlı ittihamları irəli sürüləcək.

Bununla yanaşı, şübhəli şəxsə qarşı cinayətkar təşkilatın yaradılması ittihamının irəli sürülməsi ehtimalı da var.

"Bild" qəzeti isə əlavə edib, saxlanılan şəxs sol radikal birləşmələrin üzvü olub.

Son xəbərlər

Orphus sistemi