Almaniyada baş verən iğtişaşlarda xəsarət alanların sayı 20 nəfərədək artıb - YENİLƏNİB

Digər ölkələr
  • 28 avqust, 2018
  • 12:34
Almaniyada baş verən iğtişaşlarda xəsarət alanların sayı 20 nəfərədək artıb - YENİLƏNİB

Bakı. 28 avqust. REPORT.AZ/ Ötən gün Almaniyanın Xemnits şəhərində baş vermiş iğtişaşlarda 18 nümayişçi və 2 polis məmuru xəsarət alıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə şəhər polisinin yaydığı məlumatda deyilir.

Qeyd edək ki, "Pro Chemnitz" hərəkatına qatılmaq üçün Berlin, Brandenburq, Turingiya, Aşağı Saksoniya və Şimali Reyn-Vestfaliyadan nümayişçilər axışıb.

Polis nümayəndələri küçə aksiyalarının miqyasını düzgün qiymətləndirmədiklərini etiraf ediblər.


***11:29

Almaniyanın Xemnits şəhərində keçirilən etiraz aksiyalarında altı nəfər xəsarət alıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, polis həmin şəxslərin əks mövqedə olan etirazçı qruplardan olduğunu və bir-birinə əşyalar atması nəticəsində yaralandıqlarını bildirib.

Polisin məlumatına görə, dünən şəhərin mərkəzindəki etirazlarda təxminən 3 min adam, o cümlədən təxminən 2 min millətçi iştirak edib. Onların rəqibləri olan solçular isə aksiyaya minə yaxın tərəfdar toplayıb.

Xatırladaq ki, Almaniyanın şərqində yerləşən Xemnits şəhərində avqustun 26-na keçən gecə dava düşüb və nəticədə 35 yaşlı almaniyalı öldürülüb. Rəsmi təsdiqlənməmiş məlumata görə, davada miqrantlar iştirak edib. 35 yaşlı Almaniya vətəndaşının qətlində 23 yaşlı Suriyalı vətəndaşı və 22 yaşlı İraq vətəndaş şübhəli bilinir.

Almaniyada baş verən iğtişaşlarda xəsarət alanların sayı 20 nəfərədək artıb - YENİLƏNİB

44 filmi