Almaniyada 91 yaşlı kişi maşınla supermarketə girib

Digər ölkələr
  • 06 avqust, 2018
  • 20:07
Almaniyada 91 yaşlı kişi maşınla supermarketə girib

Bakı. 7 avqust. REPORT.AZ/ Almaniyada 91 yaşlı kişi maşınla ölkənin supermarketlərindən birinə girib.

"Report" "DPA" nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində 3-ü son dərəcə ağır olmaqla, azı 5 nəfər xəsarət alıb.

Sürücünün özü xəsarətsiz ötüşüb.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.