Almaniya vətəndaşlarının 64 faizi Merkelin 4-cü kabinetinə müsbət yanaşmır

Almaniya vətəndaşlarının 64 faizi Merkelin 4-cü kabinetinə müsbət yanaşmır Bakı. 6 aprel. REPORT.AZ/ Almaniya sakinlərinin 32 faizi Angela Merkelin 2018-ci ilin mart ayında qurduğu 4-cü hökumətə müsbət yanaşıb.
Digər ölkələr
6 Aprel , 2018 21:34
Almaniya vətəndaşlarının 64 faizi Merkelin 4-cü kabinetinə müsbət yanaşmır

Bakı. 6 aprel. REPORT.AZ/ Almaniya sakinlərinin 32 faizi Angela Merkelin 2018-ci ilin mart ayında qurduğu 4-cü hökumətə müsbət yanaşıb.

“Report” “dw”-ya istinadən xəbər verir ki, bu “ARD” telekanalı və “Die Welt” nəşrinin sifarişi əsasında aparılan rəy sorğusunun nəticələrində göstərilib.

Rəy sorğusuna əsasən, almaniyalıların 64 faizi yeni hökumətdən razı deyil.

2017-ci ilin sentyabrında keçirilən rəy sorğusunun nəticələrinə görə, respondentlərin 51 faizi hökumətə etimad göstərb. Bu göstərici yarım il ərzində 19 faiz azalıb. Bununla belə, Angel Merkeli rəyi soruşulanların 57 faizi “yaxşı hökumət başçısı” sayır.

İkinci yeri iqtisadiyyat naziri Pyotr Altmayer tutur. Respondentlərin 55 faizi onu İqtisadiyyat Nazirliyinə yaxşı başçı sayır.

Rəyi soruşulanların 83 faizi hesab edir ki, Almaniya varlılar və yoxsullara bölünüb.

Son xəbərlər

Orphus sistemi