Yuxarı
    Bağlamaq

    Almaniya Türkiyə siyasətçilərinin ölkəyə girişinə qadağa qoya bilər

    Bu bəyanatla ölkənin xüsusi tapşırıqlar naziri Peter Altmayer çıxış edib

    Bakı. 15 mart. REPORT.AZ/ Almaniya hökuməti Türkiyənin səsləndirdiyi qalmaqallı ifadələr fonunda türk siyasətçilərinin ölkəyə girişinə qadağa qoymaq hüququnu özündə saxlayır.

    "Report" DPA nəşrinə istinadən xəbər verir ki, bu bəyanatla Almaniya Feredal Kansleri İdarəsinin rəhbəri, ölkənin xüsusi tapşırıqlar naziri Peter Altmayer "Funke" mediaşirkətinin qəzetinə müsahibəsində çıxış edib.

    Altmayer qeyd edib ki, Berlinin xarici dövlətlərin hökumət üzvlərinin ölkəyə girişinə qadağa qoymaq üçün hüquqi alətləri var.

    "Nazirlər Kabinetinin öz beynəlxalq-hüquqi imkanlarından istifadə etməməsi, gələcəyə pulsuz bilet deyil", - deyə o bildirib.

    "Girişə qadağa son vasitə olardı. Biz ondan istifadə hüququnu özümüzdə saxlayırıq", - deyə İdarə rəhbəri əlavə edib.

    Berlin və Ankara münasibətlərində növbəti gərginlik Türkiyə nazirlərinin Almaniyada iştirak etməli olduğu tədbirlərin ləğv olunmasıdır. Ankara siyasətçilərin çıxışlarına qoyulan qadağanı bir neçə dəfə nasist davranışlarla müqayisə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi