Almaniya hərbi dəmir yolu şəbəkəsini tamamlamağa yaxındır
- 28 avqust, 2025
- 06:10
Almaniya hərbi dəmir yolu şəbəkəsində işləri demək olar ki, başa çatdırıb.
"Report" xəbər verir ki, bu barədə Almaniya Nəqliyyat Nazirliyinə istinadən "Tagesspiegel" qəzeti məlumat yayıb.
NATO-nun hərbi texnikası Almaniya dəmir yolları ilə, o cümlədən Baltik dənizi limanlarından Polşanın Krakov yaxınlığındakı logistika mərkəzinə daşınır. Oradan yük Ukraynaya göndərilə bilər, çünki Kiyev Lvov vilayətində geniş relslər çəkib.
Avqustun əvvəlində Almaniya Silahlı Qüvvələrinin general-mayoru, daxili təhlükəsizlik bölməsinin komandiri Andreas Henne Rusiyanın Ukrayna ərazisində hücumundan sonra Avropada təhlükəsizlik vəziyyətinin kəskin şəkildə dəyişdiyini diqqətə çatdırıb.
Bundan əlavə, o, Almaniyanın Rusiya ilə mümkün münaqişə vəziyyətində NATO-nun şimal-şərq cinahına qüvvələrin ötürülməsi üçün istifadə edilə bilən hərbi dəstək mərkəzlərin olduğunu bəyan edib.