Almaniya sığınacaq tələbi rədd edilən və ölkədən çıxarılan şəxslərdən deportasiya xərclərini tələb edəcək.
“Report”un Avropa bürosuna Almaniyanın Federal
Nazirliyin məlumatında qeyd edilir ki, sığınacaq tələbi rədd edilən və məhkəmələr tərəfindən barələrində deportasiya qərarı çıxarılan hər bir əcnəbiyə ölkəni könüllü tərk etmələri üçün bildiriş göndərilir.
Eyni zamanda Almaniyanın Miqrasiya və Qaçqınlarla İş üzrə Federal İdarəsi (BAMF) deportasiya qərarı ilə bağlı ölkəsinə könüllü dönmək istəyən əcnəbilərə də müxtəlif yardımlar təklif edir.
Məlumat üçün bildirək ki, federal nazirlik artıq bu il iki dəfə deportasiya etdiyi livanlı mafiya başçısı İbrahim Miriyə görə Beyrut şəhər məhkəməsinə müraciət edib. Almaniya Federal Daxili İşlər Nazirliyi ərizədə göstərib ki, Livan vətəndaşı olan 46 yaşlı İ.Mirinin 2019-cu ilin iyul və noyabr ayında Almaniyadan deportasiyası Nazirliyə 130 min avroya başa gəlib.
İddia ərizəsində qeyd edilib ki, hər iki deportasiya prosesində federal nazirlik kirayə götürdüyü xüsusi “Jet” təyyarədən istifadə edib. Eyni zamanda İ.Mirinin ölkəyə qanunsuz daxil olmasından saxlanılmasına qədər keçirilən polis əməliyyatlarına xeyli maddi vəsait sərf olunub.