Bakı. 13 noyabr. REPORT.AZ/ Almaniyanın xarici işlər naziri Hayko Maas Çində "müsəlmanların yenidən tərbiyələnməsi düşərgəsi"ndə olduqdan sonra bəyanatla çıxış edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, rəsmi Pekini Sintezyan-Uyğur Muxtar Rayonunda müsəlmanların hüquqlarının pozulması, uyğurların məsələsində şəffaflığa əməl etməyə çağırıb.
“Biz yenidən tərbiyələnmə düşərgələrinin mövcudluğunu qəbul edə bilmərik. Vəziyyəti dəyərləndirmək üçün biz daha çox informasiya əldə etməliyik”, - H.Maas Çin baş nazirinin müavini Lyu Xe ilə görüşdən sonra vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl britaniyalı diplomatlar Sintezyan-Urumçu rayonuna səfər edib, çoxsaylı hesabatlarda müsəlmanlar üçün düşərgənin olduğu barədə informasiyanı təsdiqləyiblər. Britaniyanın xarici işlər naziri Ceremi Hant Çində həmin düşərgəni gördüklərini Krallığın parlament üzvləri qarşısında çıxışında bildirib.